Non-erasmus (ikili əməkdaşlıq çərçivəsində) mübadilə proqramlarına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2021/2022-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.  Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq, müraciət çox olunan zaman müsabiqə keçiriləcək.

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı
  2. Gedəcək ölkənin xarici dilini sərbəst bilməli
  3. UNEC-in 1-ci, 2-ci və ya 3-cü kurs tələbəsi olmalı

Non-eramsus  mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  1. Fransanın Montpellier Universiteti
  2. Almaniyanın Siegen Universiteti (pandemiya səbəbilə payız semesti onlayn olacaq)
  3. Litvanın Mykolos Romeris Universiteti
  4. Koreyanın Solbridge Beynəlxal Biznes Məktəbi
  5. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti

Müraciət tarixləri: 05-15 may, 2021-ci il

Tələb olunan sənədlər:

  1. Ərizə
  2. Transkrip
  3. CV (azərbaycan və ingilis dilində)
  4. Pasport və ya şəxsiyyət vəsiqəsi

Sənədlər bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail adresinə göndərilməlidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay