UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Mestro School tərəfindən Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri üçün infosessiya keçirilib.
Workshop çərçivəsində süni intellekt (AI) və machine learning mövzuları ətrafında maraqlı və dinamik müzakirə mühiti formalaşıb. Tədbirdə bildirilib ki, süni intellekt texnologiyanın insan kimi düşünmə və qərarvermə proseslərini modelləşdirən sahəsidir, machine learning isə bu sistemlərin məlumatlar əsasında öyrənərək daha dəqiq və effektiv nəticələr əldə etməsinə imkan yaradır.
Sessiya əsasən tələbələrin sual-cavabları üzərində qurulub. İştirakçılar real nümunələr əsasında fikir mübadiləsi aparıb, müzakirələrdə fəal iştirak edərək mövzuya yüksək maraq göstəriblər.