A

UNEC-də 2022/2023-cü tədris ilinin yaz semestrindən magistratura pilləsi üzrə əcnəbilərin sənəd qəbulu elan olunur.

Əcnəbilərin seçimindən asılı olaraq, tədris azərbaycan, ingilis, türk və rus dillərində aparılır.

Qəbul elektron formada həyata keçirilir. Namizədlər https://portal.edu.az/http://kabinet.unec.edu.az/az internet səhifələri vasitəsilə müraciətlərini tamamlamalıdırlar.

Qəbul üçün lazım olan sənədlər:

Magistratura pilləsi üçün

  • Bakalavr diplomu və diplom əlavəsi (qiymət cədvəli)
  • Bakalavr diplomunun və diplom əlavəsinin (qiymət cədvəlinin) apostili
  • Bakalavr diplomunun və diplom əlavəsinin (qiymət cədvəlinin) notarial tərcüməsi
  • Pasport
  • CV
  • Foto-şəkil 3×4 8 ədəd
  • UNEC rektorunun adına ərizə

Sənəd qəbulu 10 fevral 2023-cü ilədək davam edəcək.

İxtisasların SİYAHISI

UNEC-də əcnəbilərin qəbul qaydaları barədə məlumat almaq istəyənlər üçün onlayn konsultasiyalar keçirilir.

Qeydiyyatla bağlı suallar üçün konsultasiyada iştirak etmək istəyənlər 16 yanvar-05 fevral 2023-cü il tarixlərində hər gün saat 11:00-dən 12:00-a kimi aşağıda qeyd olunan linkə keçid edərək, qəbul qaydaları barədə ətraflı məlumat ala bilərlər. 

Link:  https://zoom.us/j/94848498979
Parol: 123456

Əlaqə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay