A

UNEC Rus İqtisad Məktəbində (RİM) “İnsan alveri insan hüquqlarının pozulmasının ən kobud növlərindən biri kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Tətbiqi iqtisadiyyat” kafedrasının sosial iş ixtisası üzrə fənləri tədris edən dosent Tahirə Kərimova və direktor müavini Anar Eyyubov çıxış edərək tələbələrə insan alverinin yalnız cinsi istismarla məhdudlaşmadığını, daha geniş məfhum olduğunu izah ediblər. Bildirilib ki, zorla əməyə cəlb etmə, məcburi nikah, dilənçiliyə məcbur etmə, xüsusilə də uşaqların dilənçiliyə cəlb olunması kimi hallar da insan alverinin formalarına daxildir.

Seminar zamanı bu halların konkret nümunələr əsasında izahı aparılıb, iştirakçılarla mövzu ətrafında müzakirələr keçirilib. Eyni zamanda, insan alverinin qurbanına çevrilməmək üçün görülməli tədbirlər, düzgün qərarvermə və əldə olunan məlumatların, xəbərlərin düzgün qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR