A

“Həftənin kitabı” layihəsi “Korporativ maliyyə. Əsas prinsiplər” kitabını təqdim edir. Kitabın müəllifləri prof. Riçard A.Brili, prof. Stüart Mayers və prof. Franklin Allendir.

Kitabı korporativ maliyyənin əsas prinsiplərini geniş izah edən nəzəri və tətbiqi mənbə hesab etmək olar. Müəlliflər investisiya layihələrinin qiymətləndirilməsi, kapitalın dəyəri, risk və gəlir münasibətləri, kapital strukturunun seçilməsi, dividendlərin siyasəti, şirkətlərin bazar dəyərinin hesablanması və maliyyə qərarlarının strategiyası kimi mövzuları sistemli şəkildə təqdim edirlər. Eyni zamanda maliyyə bazarlarının fəaliyyəti, portfel nəzəriyyəsi, törəmə alətlər və şirkətlərin birləşməsi kimi sahələr də ətraflı şərh olunur. Tələbələr, maliyyə mütəxəssisləri və qərarvericilər üçün fundamental dərslik kimi nəzərdə tutulmuş bu kitabda, həmçinin, işə yeni başlayan maliyyə menecerlərinə tövsiyə və konkret məsləhətlərə xüsusilə yer verilir.

Qeyd edək ki, kitab ilk dəfə 2014-cü ildə “The McGraw – Hill /Irwin” nəşriyyatında “Prinsiples of Corporate Finance” adı ilə çapdan çıxıb və “TEAS Press”-də əsərin bu orijinalı əsasında azərbaycancaya tərcümə edilib. Kitab Nigar Hüseynova, Emel Əhmədova, Əhliman Qasımov tərəfindən tərcümə edilib. Layihənin rəhbəri Ülkər Hüseynovadır.    

“Korporativ maliyyə. Əsas prinsiplər” kitabı 2025-ci ildə “TEAS Press” nəşriyyat evində çapdan çıxıb. Kitab 1008 səhifədir. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR