UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının baş müəllimləri Könül Mirzəmmədova və Rəna Hüseynovanın təşəbbüsü ilə WUF13 çərçivəsində “Smart şəhərlər və kibertəhlükəsizlik” mövzusunda interaktiv dərs keçirilib.
Tədbirin məqsədi tələbələrin rəqəmsal iqtisadiyyat, innovativ şəhər idarəçiliyi və kibertəhlükəsizlik sahələrində biliklərini artırmaq və onları müasir çağırışlara uyğun kompetensiyalarla təmin etmək olub.
Sessiyada müasir şəhərlərin rəqəmsallaşması, ağıllı texnologiyaların urban mühitə inteqrasiyası, “smart city” konsepsiyasının əsas komponentləri, eləcə də bu prosesdə yaranan kibertəhlükəsizlik riskləri geniş müzakirə olunub.
Qrup işləri və situasiya təhlilləri vasitəsilə tələbələr ağıllı şəhər infrastrukturlarında təhlükəsizlik mexanizmlərinin tətbiqinə dair praktiki biliklər əldə ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.