A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının analitiki Nərmin Bayramlı ilə tələbələrin görüşü keçirilib.

Görüş zamanı Nərmin Bayramlı karyera inkişafı ilə bağlı mühüm məqamları və peşəkar təcrübələrini tələbələrlə bölüşüb, onlara maliyyə sahəsində inkişaf və karyera planlaması ilə bağlı faydalı məsləhətlər təqdim edib.

Eyni zamanda, o, tələbələr üçün “Azərbaycanın makro və mikroiqtisadi göstəriciləri, eləcə də kapital bazarlarına dair bülletenin təqdimatı” ilə çıxış edib. Təqdimatda bazarın əsas göstəriciləri, dinamikası və inkişaf trendləri barədə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR