A

UNEC Rus İqtisad Məktəbinin "Tətbiqi iqtisadiyyat" kafedrasında 2026-cı il – "Şəhərsalma və memarlıq ili"nə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedra müdiri, dosent Sevinc Abbasova Bakının özünəməxsus memarlıq üslubundan bəhs edərək, paytaxtımızın Şərq və Qərb mədəniyyətlərini harmonik şəkildə birləşdirən unikal bir mozaikaya sahib olduğunu vurğulayıb. S.Abbasova Bakının tarix və müasirliyin vəhdət təşkil etdiyi bir şəhər kimi formalaşmasında hələ Sovet dönəmindən etibarən ulu öndər Heydər Əliyevin uzaqgörən şəhərsalma siyasətinin müstəsna rol oynadığını diqqətə çatdırıb.

Dəyirmi masada çıxış edən digər iştirakçılar, xüsusilə yaşlı nəslin nümayəndələri Bakının simasını dəyişən, şəhərin memarlıq inciləri hesab olunan tarixi binaların və mədəniyyət ocaqlarının inşa prosesi ilə bağlı xatirələrini bölüşüblər. Diskussiya zamanı həmin tikililərin paytaxtın estetik görünüşü ilə yanaşı, mədəni həyatındakı əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay