A

UNEC rektoru, professor Ədalət Muradovun Qazaxıstana işgüzar səfəri davam edir.

Səfər çərçivəsində növbəti görüş Almatı Humanitar-İqtisad Universitetində baş tutub. Almatı Humanitar-İqtisad Universitetinin rektoru, professor Valeriy Korvyakovla görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı UNEC-in Qazaxıstanın təhsil xidmətləri bazarına daxil olma perspektivləri, eləcə də universitetin bakalavr və magistr proqramlarının bu ölkədə tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay