Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi: bakalavriat, magistratura;
Kvota: hər təhsil səviyyəsi üzrə 5 yer;
Tədris dili: qazax, rus və ya ingilis;
Müraciət üçün son tarix: 25.04.2023
Maliyyələşmə:
- Təhsil haqqı;
- Tədris vəsaitləri;
- Tibbi xidmət;
- Aylıq təqaüd;
Qeyd: Qəbul edən tərəf milli qanunvericiliyinə uyğun olaraq, mübadilə iştirakçılarına təqaüd verir. Qazaxıstanın milli qanunvericiliyinə uyğun olaraq, yerli tələbələrə verilən təqaüd məbləği aşağıdakı kimidir:
- Bakalavriat üzrə aylıq 36600 təngə (82 dollar)
- Magistratura üzrə aylıq 86987 təngə (194 dollar)
- Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanır.
Namizədlərin müraciət edə biləcəkləri universitet və proqramların siyahısı ilə aşağıdakı veb-keçiddən tanış olmaq mümkündür: http://esuvo.platonus.kz/#/register/education_program
Tələb olunan sənədlər:
- Ərizə forması (keçid)
• CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə)
• şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
• sağlamlıq haqqında arayış (N86) və QİÇS (HIV/AIDS) xəstəliyinin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
• 2 ədəd 3x4 rəngli fotoşəkil.
• Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);
• Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş);
• Tövsiyə məktubu (rus, qazax və ya ingilis dilində);
• Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili rus dilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)
Müraciət etmək istəyən tələbələr tələb olunan sənədləri göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim etməlidirlər (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində «Qazaxıstanda təqaüdlə təhsil» yazılmalıdır.