A

30 mart saat 15:00-da UNEC-in əsas tədris binasının (İçərişəhər) akt zalında UNEC Karyera Mərkəzinin dəstəyi və Kapital Bankın təşkilatçılığı ilə tələbələr arasında “Bir ideyam var” layihəsi baş tutacaqdır. 

Bu layihə çərçivəsində tələbələrin seçilmiş mövzu üzrə istiqamətlərdə ideya və təkliflərinin irəli sürülməsi nəzərdə tutulur:

Yeni rəqəmsal bank məhsulları və xidmətləri
Müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi
İnnovativ texnologiyaların tətbiqi 

İlkin mərhələdə tələbələr tərəfindən irəli sürülmüş ideyalar təhlil olunacaq. 

İlkin mərhələ qaliblərinin ( max 15 komanda)  ideyaları ekspert qrup tərəfindən seçiləcək və sonda qalib ideyalar mükafatlandırılacaq. 

Mükafatlandırma:

Sertfikat
Simvolik hədiyyələr
Gift cardlar
Təcrübə proqramı

Sən də ideyanı təqdim etmək istəyirsənsə, elə indi qeydiyyatdan keç, fərdi və ya komandanı topla, ideyanı bizimlə bölüş!

Əlavə məlumat üçün UNEC Karyera Mərkəzinə yaxınlaşa və ya zəng edə bilərsiniz! 

Ünvan: Əsas tədris binası, otaq 200,
012 497 71 35

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay