A

UNEC-də “Karyera saatı” layihəsinə start verilir.

Layihənin məqsədi UNEC-in fəxri məzunlarının tələbələrlə görüşünü təşkil etmək, eləcə də təhsilalanların gələcək karyera inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində uğurlu məzunlarla görüşlər keçiriləcək, onlar tərəfindən karyera məsləhəti xidməti təqdim olunacaq.

“Karyera saatı”nın ilk qonağı Maliyyə və Mühasibat fakültəsinin fəxri məzunu, Ernst&Young şirkətinin Azərbaycandakı filialının direktoru İlqar Vəliyev  olacaq.

Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fakültə və əlaqə nömrələrini aprelin 2-dək qeyd olunan e-ünvanlara göndərə bilərlər.

Emal: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

Görüş 17 aprel, saat 11:00-da əsas tədris binasının 305-ci auditoriyasında təşkil olunacaq.

Əlaqə: (012) 1846 daxili 1132

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay