A

4-5 iyun 2026-cı il tarixlərində Albaniyanın Tirana şəhərində Süni İntellektlə Gücləndirilmiş Dünyada Sənaye və Cəmiyyətlərin Transformasiyası mövzusunda 6-cı Beynəlxalq Konfrans keçiriləcək.

UNEC-in tərəfdaşlığı ilə keçiriləcək konfransın əsas məqsədi süni intellekt, kibertəhlükəsizlik, innovasiya və dayanıqlı rəqəmsal iqtisadiyyat istiqamətlərində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və akademik mübadiləsinin təşviqidir.

Konfrans hibrid formatda təşkil olunacaq.

Konfransa qəbul edilən məqalələr Scopus və Springer bazalarında dərc olunacaq.

Tezis (abstract) üçün son tarix: 15 aprel, 2026-cı il

Məqalə üçün son tarix: 15 may, 2026-cı il.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR