A

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Xarici dil tədrisində süni intellekt: ali təhsildə rəqəmsal transformasiya və innovativ yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir BMU, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və MetaWay şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılışda BMU-nun “Xarici dillər” kafedrasının müdiri Nərminə Əliyeva, UNEC-İN Xarici dillər departamentinin direktoru Aysel Xəlilova və MetaWay şirkətinin baş icraçı direktoru Mehriban Malikova çıxış edərək süni intellektin təhsildə tətbiqi, rəqəmsal transformasiya və innovativ yanaşmaların əhəmiyyətindən danışıblar.

Panel müzakirəsi zamanı UNEC-in 1 saylı tədris binasının proqram rəhbəri Ofelya Ələkbərova mövzu ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda, UNEC-in proqram rəhbərləri Pərvanə Abbasova və Aytən Xəlilli, eləcə də Xarici dillər departamentinin müəllimi Nurdan Əmiraslanova müzakirələrdə iştirak edərək iştirakçıların suallarını cavablandırıblar.

Tədbir çərçivəsində süni intellekt alətlərinin tədris prosesində tətbiqi və innovativ metodların istifadəsi müzakirə olunub.

Həmçinin tələbələrin kommunikativ bacarıqlarının inkişafı, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və müəllimlərin rəqəmsal bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR