A

23-24 avqust 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində qeyri-səlis məntiqin banisi professor Lütfi Zadənin 100 illik xatirəsinə həsr olunan “Theory and Applications Soft Computing, Computing with Words, Perception and Artificial Intelligence” ICSCCW 2021 XI beynəlxalq konfransı keçiriləcək.

Konfransın məqsədi elmi istiqaməti proqram hesablamaları və mətni proqramlaşdırma olan alimləri, tədqiqatçıları, mühəndis və təcrübəçiləri bir araya toplayaraq bu sahədə ən son nailiyyət, bilik və bacarıqların artırılmasına aid fikir mübadilələrinin aparılmasıdır. Konfrasın mövzularlına qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan mühədislik, iqtisadiyyat, biznes, maliyyə və tədrisdə hesablama metodları (üsulları), neyron şəbəkə hesablamaları, hesablama təkamülü, ehtimal nəzəriyyəsi daxildir.

Konfransın əsas mövzuları

Konfransın qeydiyyatı və son tarixləri nəzərə alınmaqla, məqalələr təşkilat komitəsinin tələblərinə uyğun tərtib olunaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.

Konfransa təqdim olunacaq məqalələr üçün istinad mənbələri:

Ø  UNEC Google Scholar

Ø  UNEC Research Gate

Ø  UNEC The journal of Economic Sciences: Theory and Practice  

Ø  UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri

ICSCCW 2021 konfrans kitabı təşkilat komitəsi tərəfindən Scopus, Web of Science bazalarında indeksləşməyə təqdim olunur. Belə ki, statistikaya əsasən konfrans kitabında məqalələri nəşr olunan UNEC nümyəndələrinin məqalələri 2019-2020-ci illər üzrə Web of Science bazasında indeksləşmişdir. Siyahı  

Əlavə məlumat almaq üçün linkdə göstərilən ünvana müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay