A

UNEC rektoru, professor Ədalət Muradov tələbə təşkilatlarının sədrləri ilə görüşüb.

21 tələbə təşkilatının sədrinin iştirakı ilə səmimi və açıq müzakirələr formatında keçirilən görüş tələbələrin ideyalarının və təşəbbüslərin səsləndiyi bir platforma rolunu oynayıb.

Görüş zamanı tədrisin keyfiyyəti, imtahan prosesinin təşkili, tələbələrin sosial fəallığının artırılması, yüksək bal toplayan abituriyentlərin universitetə cəlb olunmasında tələbə təşkilatlarının rolu və digər məsələlər müzakirə olunub. Rektor eyni zamanda yeni tədris ilində nəzərdə tutulan yeniliklər barədə məlumat verərək, tələbələrin bu istiqamətdə mövqelərini dinləyib.

Professor Ədalət Muradov vurğulayıb ki, müasir idarəetmə modelində tələbələr universitet həyatının sadəcə iştirakçıları deyil, onun inkişaf strategiyasına təsir göstərən və qərarların qəbulunda rol oynayan aktiv tərəfdaşlardır. Rektor universitetin gələcək hədəflərinin formalaşmasında tələbələrin fəal iştirakının zəruriliyini qeyd edərək bildirib ki, UNEC-in inkişafında məhz bu cür birbaşa dialoqlar, açıq müzakirələr və birgə reallaşdırılan təşəbbüslər mühüm rol oynayır.

Sonda mövcud vəziyyət təhlil edilib, tələbələrin səsləndirdiyi təklif və təşəbbüslər qeydə alınıb.

TOP XƏBƏRLƏR