Rusiya və digər qonşu ölkələrin ali təhsil müəssisələrinin tələbələri arasında Federal Vergi Xidməti “Beynəlxalq Vergi InTax 2023-2024” adlı müsabiqə keçiriləcək.

Müsabiqə 2-5 nəfərdən ibarət komandalar arasında aparılmaqla müxtəlif ixtisaslar üzrə bakalavr və magistr tələbələri üçün nəzərdə tutulur və iki mərhələdən ibarətdir. Birinci mərhələdə komandalar müsabiqə tapşırığı əsasında vergi ödəyicisi və vergi orqanı üçün yazılı mövqelər hazırlayacaqlar. İkinci mərhələ isə məhkəmə iclası şəklində aparılır və məhkəmə iclasında iddiaçı (vergi ödəyicisi) və cavabdeh (vergi orqanı) tərəfində olan komandalar öz yazılı mövqelərini müdafiə edəcək.  

Müsabiqənin münsiflər heyətində Rusiya Federal Vergi Xidməti rəislərinin müavinləri, Rusiya Federal Vergi Xidmətinin mərkəzi aparatının şöbə müdirləri və Rusiya Federal Vergi Xidmətinin Regionlararası Müfəttişliklərinin rəhbərləri təmsil olunurlar.

Müsabiqədə iştirak etmək və ətraflı məlumatı almaq üçün link:

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR