Beynəlxalq Visegrad Fondu tərəfindən maliyyələşən və “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Digiuth” onlayn öyrənmə platforması inşa müsabiqəsi elan edir!

“Vişeqrad ölkələrinin təcrübəsi ilə "Digiuth" onlayn öyrənmə platformasının inkişaf etdirilməsi” adlı layihə platforması Beynəlxalq Visegrad Fondu tərəfindən maliyyələşdirilir və “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Bu, gənc mütəxəssislərin hazırladığı onlayn kurslar vasitəsilə gənclərlə iş, biznes, texnologiya, təhsil və yaradıcılıq sahələrində bacarıqlarını inkişaf etdirməyə kömək edən onlayn öyrənmə platformasıdır. Sözügedən onlayn platforma Vişeqrad ölkələrinin təcrübəli təşkilatları ilə əməkdaşlıq edərək, Azərbaycanda gənclər təşkilatlarının və gənclərin rəqəmsal öyrənmə resurslarının artırılmasını hədəfləyir. Hal-hazırda, "Vişeqrad ölkələrinin təcrübəsi ilə "Digiuth" onlayn öyrənmə platformasının inkişaf etdirilməsi" adlı layihənin ikinci mərhələsi həyata keçirilməkdədir.

Bu layihə çərçivəsində hal-hazırda inşa müsabiqəsi həyata keçirilir. Bu inşa müsabiqəsində Azərbaycandan, eləcə də Vişeqrad ölkələrindən (Çexiya, Macarıstan, Polşa və Slovakiya) olan gənclər iştirak edə bilərlər. İştirakçılardan 21-ci əsrin psixi sağlamlıq, iqlim dəyişikliyi, süni intellekt, təhsil və innovasiya, texnologiyada gənclərin sahibkarlığı və bu kimi müvafiq mövzuları məqalə, bloq və ya tədqiqat kağızı formatlarında təqdim etməkləri xahiş olunur. Bu müsabiqə gənclərə yazı və tədqiqat bacarıqlarının inkişafı ilə yanaşı, həm də əhəmiyyətli müzakirələrə töhfə vermək üçün dəyərli fürsət təqdim edir.

Həm “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyini, həm də tərəfdaş təşkilatları təmsil edən peşəkar mütəxəssislər tərəfindən bütün müraciətlər nəzərdən keçiriləcək, yalnız seçilmiş 3 esse maliyyə mükafatına layiq görüləcək. Birinci yerin qalibi 300 avro, ikinci və üçüncü yerin qalibi isə 200 avro və 150 avro məbləğində maliyyə mükafatı əldə edəcək. Bundan əlavə, ən yaxşı 10 blog isə Digiuth platformasında dərc olunacaq.

İnşaların qiymətləndirilməsi meyarları:

  • kompozisiya keyfiyyəti;
  • orijinallıq;
  • struktur keyfiyyəti;
  • fikirlərin ifadəli şəkildə təqdim edilməsi;

Qeyd: Esselər Azərbaycan və ya ingilis dilində olmalı və əvvəlcə dərc edilmiş olmamalıdır.

Əsas məqsədin Digiuth onlayn öyrənmə platformasını gənclər üçün effektiv onlayn öyrənmə platformasına çevirmək olması səbəbilə Azərbaycan və V4 ölkələrindən olan bütün istedadlı gəncləri bu inşa müsabiqəsində iştirak etməyə dəvət edirik!  

Layihə haqqında daha ətraflı məlumat üçün Instagram postu və inşa təlimatını e-mailə əlavə edirik.

Instagram postu: instagram post

İnşa təlimatı və müraciət formu: İnşa Təlimatı və Müraciət formu

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay