UNEC-in qlobal reytinqlərdə rəqabətədavamlı iştirakının təmin edilməsi və daxili rəqabətli qrant fondunun formalaşdırılması üzrə fəaliyyət planına uyğun olaraq, ümumilikdə 20 layihəlik maliyyə fondu ilə 4-cü Daxili Qrant Müsabiqəsi açıq elan edilir.

Müsabiqə müasir qlobal elmi çağırışlara, rəqəmsal transformasiya standartlarına və beynəlxalq akademik prioritetlərə uyğun olaraq 3 əsas kateqoriya üzrə konkret tədqiqat istiqamətlərini əhatə edir:

  1. Fundamental tədqiqatlar (6 layihə)
  2. Tətbiqi layihələr (6 layihə)
  3. Gənc alimlər (8 layihə)

MÜSABİQƏNİN KATEQORİYALARI VƏ TƏDQİQAT İSTİQAMƏTLƏRİ

  1. FUNDAMENTAL TƏDQİQATLAR
  • Qərbi Azərbaycan irsi və qayıdışın elmi-hüquqi əsasları: Qərbi Azərbaycan ərazisindəki tarixi-mədəni irsimizin, maddi abidələrin və toponimlərin elmi əsaslarla araşdırılmasını, arxiv sənədlərinin öyrənilməsini, dinc qayıdış konsepsiyasının beynəlxalq hüquqi aspektlərinin əsaslandırılmasını, həmçinin tarixi yurdlarından didərgin düşmüş soydaşlarımızın mədəniyyət, sosiologiya və demoqrafiya tarixinin tədqiqi.
  • Süni intellekt və böyük verilənlər iqtisadiyyatı: Generativ Sİ və maşın öyrənməsi alqoritmlərinin makroiqtisadi sabitliyə, əmək bazarına və gəlir bərabərsizliyinə təsirlərinin ekonometrik modelləşdirilməsi.
  • Mədəniyyət və yaradıcı iqtisadiyyatın ölkənin sosial-iqtisadi inkişafına təsiri: Mədəniyyət və yaradıcı iqtisadiyyatın nəzəri-metodoloji əsasları və inkişaf konsepsiyaları; Rəqəmsal texnologiyalar və süni intellektin yaradıcı sənayelərin (kino, musiqi, dizayn, memarlıq, moda, oyun sənayesi və s.) inkişafına və  Yaradıcı sənayenin iqtisadi artıma, məşğulluğa,  insan kapitalına, dayanıqlı inkişafa təsirinin tədqiqi. Mədəni irsin qorunması və iqtisadi dəyərə çevrilməsi mexanizmləri; Mədəniyyət və yaradıcı iqtisadiyyatın sosial-iqtisadi təsirinin ölçülməsi.
  • Transmilli ticarət və qlobal dəyər zəncirləri əsasında iqtisadi inkişaf:  Transmilli ticarət və qlobal dəyər zəncirlərinin nəzəri-metodoloji əsasları; Qlobal dəyər zəncirlərində rəqəmsal transformasiya və ağıllı logistika sistemləri; İxracyönümlü sənayelərin inkişafı və qlobal bazarlara inteqrasiya strategiyaları; Qlobal təchizat zəncirlərinin dayanıqlılığı və iqtisadi təhlükəsizlik problemləri; Rəqəmsal ticarət platformalarının və elektron kommersiyanın qlobal dəyər zəncirlərinə təsirinin tədqiqi; Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyası məsələlərinin tədqiqi.
  • Türk Dünyası Ali Təhsil Məkanının yaradılması: Bologna təcrübəsi və Türk modeli; Türk Dünyası üçün vahid ali təhsil məkanının konseptual əsasları, Türk Universitetləri Liqasının yaradılması; beynəlxalq reytinqlər, akademik əməkdaşlıq və elmi rəqabət qabiliyyəti; Türk universitetlərinin qlobal rəqabət qabiliyyətini artıracaq Liqa modeli.
  • Kiber-maliyyə arxitekturası və fintech requlyasiyası: Blokçeyn əsaslı maliyyə institutları, mərkəzi bankların rəqəmsal valyutaları və qlobal maliyyə bazarlarında asimmetrik kiber-risklərin fundamental təhlili.
  • Yaşıl keçid və karbon iqtisadiyyatının riyazi modelləri: Karbon vergisinin, karbon ticarətinin və  müasir stanartların sənaye sahələrinin rəqabətqabiliyyətliliyinə təsirinin empirik tədqiqi.
  • Davranış iqtisadiyyatı və neyro-qərarlar: Neyromarketinq və koqnitiv elmlər vasitəsilə rəqəmsal mühitdə istehlakçı davranışlarının və iqtisadi agentlərin qərarvermə mexanizmlərinin araşdırılması.
  • Nanotexnologiyalar və funksional nanomateriallar: Yeni nəsil nanostrukturlu materialların, nanokompozitlərin və çoxfunksiyalı nanosistemlərin sintezi, modelləşdirilməsi, xarakterizasiyası və elektronika, energetika, biotibb, ətraf mühit və sənaye tətbiqlərinin fundamental tədqiqi.
  • Qeyri-xətti idarəetmə nəzəriyyəsi və dinamik sistemlərin riyazi modelləri: Robot texnologiyaları, ağıllı şəbəkələr və mürəkkəb mühəndislik qurğularının kənar təsirlər altında dayanıqlı və təhlükəsiz fəaliyyət göstərməsini təmin edən riyazi idarəetmə alqoritmlərinin, xaos nəzəriyyəsinin və dinamik sistemlərin sabitlik modellərinin qurulması.
  • Fundamental kimya mühəndisliyi və molekulyar termodinamika: Kimyəvi reaksiyaların sürətini və səmərəliliyini idarə edən kinetik qanunların molekulyar səviyyədə araşdırılmasını, həmçinin hidrogen və digər enerji daşıyıcılarının saxlanması zamanı baş verən kütlə transferi proseslərinin təməl termodinamik modellərinin yaradılması.
  1. TƏTBİQİ LAYİHƏLƏR
  • İnnovasiya ekosistemlərinin inkişafı və universitet-sənaye əməkdaşlığı: İnnovasiya ekosistemlərinin nəzəri-metodoloji əsasları və inkişaf modelləri; Universitet-sənaye-dövlət əməkdaşlıq modeli; Universitetlərdə texnologiya transferi mexanizmlərinin iqtisadi effektivliyinin təhlili; Elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması; Universitetlərdə startap və spin-off şirkətlərinin formalaşması; Süni intellekt və rəqəmsal texnologiyaların innovasiya ekosistemlərinin inkişafındakı rolu; Yaşıl innovasiya ekosistemlərinin formalaşdırılması və davamlı iqtisadi inkişaf.
  • Sənaye 5.0 və ağıllı istehsal texnologiyaları: Sənaye 5.0 konsepsiyasının nəzəri-metodoloji əsasları və iqtisadi inkişaf modelləri; Sənaye 5.0 şəraitində ağıllı istehsal sistemləri; Ağıllı istehsal texnologiyalarının məhsuldarlığa və rəqabətqabiliyyətliliyə təsirinin tədqiqi; Süni intellekt və maşın öyrənməsinin istehsal proseslərinin optimallaşdırılmasında rolu; Əşyaların İnterneti texnologiyalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri; Rəqəmsal əkiz texnologiyalarının sənaye müəssisələrində tətbiqinin tədqiqi.
  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi-mədəni inkişafının strateji istiqamətləri və dayanıqlı inkişaf mexanizmləri: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının nəzəri-metodoloji əsasları: Qarabağ və Şərqi Zəngəzurda mədəni irs əsasında yaradıcı iqtisadiyyatın inkişaf perspektivləri; Yaşıl iqtisadiyyat və yaşıl enerji zonası konsepsiyasının regional inkişafda rolu; Ağıllı şəhər və ağıllı kənd layihələrinin sosial-iqtisadi səmərəliliyi; İnfrastruktur və nəqliyyat-logistika şəbəkələrinin regional iqtisadi inkişafa təsiri; Zəngəzur nəqliyyat dəhlizinin regional, qlobal dayanıqlı inkişafa təsiri.
  • Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji aspektlərinin qiymətləndirilməsi: Rəqəmsal suverenliyin nəzəri-konseptual əsasları və müasir inkişaf yanaşmaları; Rəqəmsal suverenliyin iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu; Məlumat (data) suverenliyi və milli məlumat idarəetmə sistemləri; Süni intellekt texnologiyalarının inkişafında rəqəmsal suverenlik strategiyaları; Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji təsirləri
  • Açıq Bankçılıq ekosisteminin inkişafı və bank sektorunda rəqabətin artırılması: Azərbaycanda Açıq Bankçılıq modelinin tətbiq imkanlarını; Azərbaycanda İslam bankçılığı modelinin formalaşdırılması və iqtisadi inkişaf potensialı: Türk Dövlətləri İnkişaf Bankının konseptual modeli: institusional, hüquqi və maliyyə əsasları. Türk Dövlətləri arasında İslam maliyyəsi modeli və və sukuk bazarının inteqrasiyası; Türk dövlətləri arasında ortaq İslam maliyyə bazarının yaradılmasının iqtisadi əsasları.
  • Türk Dövlətləri üçün Vahid Maliyyə Məkanı: Türk Dövlətləri Universitetlər Birliyinin institusional inkişaf modeli və ortaq ali təhsil məkanının formalaşdırılması; Türk Dövlətləri Universitetlər Birliyinin inkişaf strategiyasını və idarəetmə modeli.
  • Rəqəmsal dövlət və verilənlərə əsaslanan idarəetmə: Dövlət və biznes xidmətlərinin rəqəmsallaşdırılması, bulud texnologiyaları və böyük verilənlərin analitikası əsaslı yeni nəsil korporativ idarəetmə modelləri.
  • Ağıllı logistika və regional nəqliyyat dəhlizləri: Transmilli və regional nəqliyyat dəhlizlərinin sinerjisi çərçivəsində təchizat zəncirinin blokçeyn vasitəsilə rəqəmsallaşdırılması və intellektual logistika sistemlərinin iqtisadi səmərəliliyi.
  • Aqrar innovasiyalar və yaşıl texnologiyalar: Dairəvi iqtisadiyyat prinsipləri əsasında kənd təsərrüfatında resursların avtomatlaşdırılmış monitorinqi və ekoloji risklərin idarə edilməsi.
  • Ağıllı və qabaqcıl material sistemləri: Smart materialların, adaptiv və özünübərpa edən materialların, funksional örtüklərin, yüksək performanslı kompozitlərin və sensor-aktuator sistemlərinin hazırlanması, xassələrinin optimallaşdırılması və müasir mühəndislik sahələrində tətbiqlərinin araşdırılması.
  • Nanotexnologiyalar və funksional nanomateriallar: Yeni nəsil nanostrukturlu materialların, nanokompozitlərin və çoxfunksiyalı nanosistemlərin sintezi, modelləşdirilməsi, xarakterizasiyası və elektronika, energetika, biotibb, ətraf mühit və sənaye tətbiqləri.
  • Tətbiqi kimya mühəndisliyi və sənaye termodinamikası: Sənaye proseslərinin termodinamik optimallaşdırılması və enerji səmərəliliyi, aşıl kimya, dekarbonizasiya və karbon texnologiyaları, reaktor mühəndisliyi, kataliz və yeni materialların sintezi və kimya sənayesində rəqəmsallaşma.
  • Süni intellekt və ağıllı mühəndislik sistemləri: Süni intellekt, maşın öyrənməsi, rəqəmsal əkizlər Əşyaların İnterneti, robototexnika və kiber-fiziki sistemlər əsasında ağıllı istehsal, monitorinq, qərarvermə və idarəetmə texnologiyalarının işlənilməsi və tətbiqi.
  • Alternativ enerji və dayanıqlı enerji texnologiyaları: Günəş, külək, hidrogen və bioenerji sistemlərinin, enerji saxlama texnologiyalarının, ağıllı enerji şəbəkələrinin və enerji səmərəliliyinin artırılmasına yönəlmiş innovativ həllərin hazırlanması və optimallaşdırılması.
  • Qida elmi, texnologiyaları və mühəndisliyi: Qida təhlükəsizliyi, funksional qida məhsulları, innovativ emal texnologiyaları, ağıllı qablaşdırma sistemləri, aqrar xammalın dərin emalı və qida sənayesində rəqəmsallaşma və dayanıqlı istehsal həllərinin işlənilməsi

Son müraciət tarixi:15.09.2026

Fundamental tədqiqatlar və tətbiqi layihələr üzrə müraciət qaydaları və şərtlər 

GƏNC ALİMLƏRİN TƏDQİQAT VƏ İNOVASİYA LAYİHƏLƏRİ ÜZRƏ MÜSABİQƏ QAYDALARI 

  1. Ümumi müddəalar və məqsəd

Bu kateqoriya üzrə qrantların ayrılmasında əsas məqsəd UNEC-də fəaliyyət göstərən gənc alimlərin, doktorantların və tədqiqatçıların elmi-innovativ potensialını stimullaşdırmaq, onları fənlərarası tədqiqatlara cəlb etmək, azad edilmiş ərazilərin rəqəmsal və yaşıl iqtisadi reabilitasiyasına elmi töhfə vermək və universitetin qlobal elmi reytinqlərdəki (QS, THE) mövqeyini gücləndirməkdir.

  1. Prioritet elmi istiqamətlər və mövzu alt bəndləri

Müraciət edən gənc alimlər komandası öz tədqiqat mövzularını aşağıdakı strateji alt bəndlərdən birinə uyğunlaşdırmalıdırlar:

  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi-mədəni inkişafının strateji istiqamətləri və dayanıqlı inkişaf mexanizmləri: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının nəzəri-metodoloji əsasları: Qarabağ və Şərqi Zəngəzurda mədəni irs əsasında yaradıcı iqtisadiyyatın inkişaf perspektivləri; Yaşıl iqtisadiyyat və yaşıl enerji zonası konsepsiyasının regional inkişafda rolu; Ağıllı şəhər və ağıllı kənd layihələrinin sosial-iqtisadi səmərəliliyi; İnfrastruktur və nəqliyyat-logistika şəbəkələrinin regional iqtisadi inkişafa təsiri; Zəngəzur nəqliyyat dəhlizinin regional, qlobal dayanıqlı inkişafa təsiri.
  • Qərbi Azərbaycan irsi və qayıdışın elmi-hüquqi əsasları: Qərbi Azərbaycan ərazisindəki tarixi-mədəni irsimizin, maddi abidələrin və toponimlərin elmi əsaslarla araşdırılmasını, arxiv sənədlərinin öyrənilməsini, dinc qayıdış konsepsiyasının beynəlxalq hüquqi aspektlərinin əsaslandırılmasını, həmçinin tarixi yurdlarından didərgin düşmüş soydaşlarımızın mədəniyyət, sosiologiya və demoqrafiya tarixinin tədqiqi.
  • Açıq Bankçılıq ekosisteminin inkişafı və bank sektorunda rəqabətin artırılması: Azərbaycanda Açıq Bankçılıq modelinin tətbiq imkanlarını; Azərbaycanda İslam bankçılığı modelinin formalaşdırılması və iqtisadi inkişaf potensialı: Türk Dövlətləri İnkişaf Bankının konseptual modeli: institusional, hüquqi və maliyyə əsasları. Türk Dövlətləri arasında İslam maliyyəsi modeli və və sukuk bazarının inteqrasiyası; Türk dövlətləri arasında ortaq İslam maliyyə bazarının yaradılmasının iqtisadi əsasları.
  • Türk Dövlətləri üçün Vahid Maliyyə Məkanı: Türk Dövlətləri Universitetlər Birliyinin institusional inkişaf modeli və ortaq ali təhsil məkanının formalaşdırılması; Türk Dövlətləri Universitetlər Birliyinin inkişaf strategiyasını və idarəetmə modeli.
  • Sənaye 5.0 və ağıllı istehsal texnologiyaları: Sənaye 5.0 konsepsiyasının nəzəri-metodoloji əsasları və iqtisadi inkişaf modelləri; Sənaye 5.0 şəraitində ağıllı istehsal sistemləri; Ağıllı istehsal texnologiyalarının məhsuldarlığa və rəqabətqabiliyyətliliyə təsirinin tədqiqi; Süni intellekt və maşın öyrənməsinin istehsal proseslərinin optimallaşdırılmasında rolu; Əşyaların İnterneti  texnologiyalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri; Rəqəmsal əkiz  texnologiyalarının sənaye müəssisələrində tətbiqinin tədqiqi.
  • Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji aspektlərinin qiymətləndirilməsi: Rəqəmsal suverenliyin nəzəri-konseptual əsasları və müasir inkişaf yanaşmaları; Rəqəmsal suverenliyin iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu; Məlumat (data) suverenliyi və milli məlumat idarəetmə sistemləri; Süni intellekt texnologiyalarının inkişafında rəqəmsal suverenlik strategiyaları; Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji təsirləri
  • Süni intellekt və verilənlərə əsaslanan idarəetmə: İqtisadiyyatda, maliyyə-bank sektorunda və idarəetmədə böyük verilənlərin analitikası və rəqəmsal həllər.
  • Ali təhsildə yeni nəsil texnologiyalar: Universitet mühitində rəqəmsal təhsil platformaları, intellektual mentorluq sistemləri və fərdiləşdirilmiş təlim modelləri.
  • İqlim dəyişikliyi fondu və dayanıqlı şəhər iqtisadiyyatı: Karbon footprints analizi, yaşıl texnologiyalar və ekoloji dayanıqlılığın iqtisadi mexanizmləri.
  • Gənc tədqiqatçıların fənlərarası təşəbbüsləri: İqtisadiyyatın digər elm sahələri (mühəndislik, sosiologiya, ekologiya) ilə kəsişməsində formalaşan innovativ multidissiplinar layihələr.
  • İnnovativ materialşünaslıq və funksional nanomateriallar mühəndisliyi: Yeni nəsil materialların, nanokompozitlərin və çoxfunksiyalı nanosistemlərin atom-molekul səviyyəsində nəzəri modelləşdirilməsi və sintezi ilə yanaşı, bu qabaqcıl materialların elektronika, energetika, biotibb və sənaye sahələrindəki tətbiqi mühəndislik həllərinin araşdırılması.
  • Yaşıl mühəndislik və alternativ enerji texnologiyaları: Günəş, külək, hidrogen və bioenerji sistemlərinin səmərəliliyini artırmaq üçün təməl termodinamik və fiziki proseslərin öyrənilməsini, həmçinin yeni nəsil enerji saxlama texnologiyalarının, ağıllı enerji şəbəkələrinin və sənayedə tətbiq oluna bilən enerjiyə qənaət edən texnoloji qurğuların hazırlanması.
  • Rəqəmsal kiber-fiziki sistemlər və intellektual robototexnika: Əşyaların İnterneti, kiber-fiziki sistemlər və robototexnikada istifadə olunan qeyri-xətti idarəetmə alqoritmlərinin nəzəri əsaslandırılmasını, həmçinin ağıllı istehsalat mühiti üçün rəqəmsal əkizlərin və avtonom monitorinq-idarəetmə texnologiyalarının yaradılması.
  1. İştirakçılara dair tələblər
  • Yaş həddi: Müsabiqənin elan olunduğu tarixdə layihə rəhbərinin və komanda üzvlərinin yaşı maksimum 40 olmalıdır.
  • Akademik status: Layihə rəhbəri UNEC-in tamştatlı əməkdaşı (gənc müəllim, tədqiqatçı) və ya UNEC-də təhsil alan doktorant olmalıdır.
  • Komandanın tərkibi: Layihə komandası (orta hesabla 3–5 nəfər) yalnız gənc tədqiqatçılardan ibarət olmalıdır. Komandaya elmi potensialı yüksək olan UNEC magistrantları və magistratura pilləsini bitirməmiş istedadlı bakalavr tələbələri də daxil edilə bilər.
  • Mentorluq (Elmi məsləhətçi) sistemi: Gənc alimlərin layihələrinə universitetin təcrübəli professor-müəllim heyətindən 1 (bir) nəfər elmi məsləhətçi (mentor) cəlb oluna bilər (mentor üçün yaş məhdudiyyəti tətbiq edilmir).

Gənc alimlərin müraciət qaydaları və şərtlər

Əlaqə: 055 313 53 65; 4925903 (daxili 1180)

Məsul şəxs: Şamo Salayev, UNEC Biznes Mərkəzinin direktoru.

TOP XƏBƏRLƏR