×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-405e4ae1e30e60d6eee23fab57c9bbec.php silmək alınmadı

Azərbaycan Texniki Universiteti (AzTU) və DAAD-ın birgə təşkilatçılığı ilə keçirilən Falling Walls Lab Azerbaijan 2026 müsabiqəsinə müraciət qəbulu başlanıb.

Falling Walls Lab dünyanın müxtəlif ölkələrində təşkil olunan nüfuzlu beynəlxalq platformadır və tələbələrə, gənc tədqiqatçılara, innovatorlara və erkən karyera mərhələsində olan mütəxəssislərə öz innovativ ideyalarını təqdim etmək imkanı yaradır.

Müsabiqə iştirakçıları cəmiyyətə müsbət təsir göstərə biləcək ideyalarını 3 dəqiqə ərzində və maksimum 3 PowerPoint slaydı vasitəsilə təqdim edəcəklər. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin işçi dili ingilis dilidir.

Müsabiqənin qalibi 6–9 noyabr 2026-cı il tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək Falling Walls Science Summit tədbirində iştirak etmək və öz layihəsini beynəlxalq final mərhələsində təqdim etmək imkanı qazanacaq. Bundan əlavə, qalib DAAD tərəfindən təşkil olunan xüsusi proqramda iştirak edərək Almaniyanın elm, tədqiqat və innovasiya mühiti ilə yaxından tanış olmaq, eləcə də peşəkar təqdimat və çıxış təlimlərindən yararlanmaq imkanı əldə edəcək.

Tədbirin tarixi: 30 iyun 2026-cı il
Saat: 16:00
Məkan: Azərbaycan Texniki Universitetinin əsas binası

Müraciət üçün son tarix: 11 iyun 2026-cı il

ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT:

Müsabiqə ilə bağlı ətraflı məlumat vermək və iştirakçıların suallarını cavablandırmaq məqsədilə 5 iyun 2026-cı il tarixində saat 17:00-da onlayn məlumat sessiyası (Zoom vasitəsilə) keçiriləcək.

https://uni-bonn.zoom-x.de/j/68833298488?pwd=9ccShWCFBhMqTb6o6BzspKPvpfEVDN.1

UNEC tələbə və gənc tədqiqatçılarını bu beynəlxalq müsabiqədə iştirak etməyə və innovativ ideyalarını beynəlxalq auditoriyaya təqdim etməyə dəvət edir.

TOP XƏBƏRLƏR