A

UNEC-də 2026/2027-ci tədris ilinin payız semestrində bakalavriat və magistratura səviyyələri üzrə azərbaycan və ingilis dili bölmələri üzrə İqtisadiyyat (bakalavr), Kompüter elmləri (bakalavr), Kompüter mühəndisliyi (bakalavr), Qida mühəndisliyi (bakalavr), Maliyyə (bakalavr və magistratura), İnformasiya texnologiyaları (bakalavr və magistratura), İnformasiya təhlükəsizliyi (bakalavr və magistratura) ixtisasları üzrə SABAH qruplarına tədrisə cəlb edilməsi məqsədilə müəllim seçimi müsabiqəsi elan edilir (fənlərin siyahısı əlavə ounur). Seçimdə iştirak etmək üçün müraciətlərinin qəbulu 08.06.2026-14.06.2026-cı il tarixlərində aparılacaqdır.

Müsabiqə 2 mərhələdə təşkil ediləcəkdir:

  1. CV dəyərləndirilməsi mərhələsi (15.06.2026 - 19.06.2026)
  2. Müsahibə mərhələsi (22.06.2026 – 26.06.2026)

Seçim müsabiqəsində iştirak etmək istəyən namizədlər təqdim olunan keçidə (https://forms.office.com/r/w0ZuhFkrEn) daxil olaraq qeydiyyatdan keçməli və tədris edəcəyi fənləri seçməlidirlər. Namizədlər elektron qaydada sistemdə qeyd olunan xanaları doldurmalı və müvafiq sənədləri sistemə və təqdim olunan e-mail adresinə yükləməlidirlər (e-mail Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.).

Müsabiqədə elmi dərəcəyə və elmi ada malik olan namizədlərə, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin məzunlarına və müvafiq ixtisas sahəsi üzrə dövlət və özəl sektorlarda çalışan mütəxəssislərə üstünlük verilir.

QEYD: Hər bir namizəd bir neçə fənn seçə bilər, lakin komissiyanın qiymətləndirməsinə əsasən yalnız bir fənn üzrə tədris fəaliyyətinə cəlb olunacaqdır.

Fənlərin siyahısı

TOP XƏBƏRLƏR