Ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.

Müsabiqə fondunun büdcəsi 1 650 000 (bir milyon altı yüz əlli min) manat təşkil edir.

Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:

  1. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi;
  2. Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi;
  3. İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi.

*
Müsabiqə iştirakçılarına verilən tələblər:

Müsabiqədə ali təhsil müəssisələri iştirak edə bilər. Orta ixtisas təhsili müəssisələri müsabiqəyə ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində qoşula bilər.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

  1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:
  • Layihə təklifi forması (formaya uyğun olaraq);
  • Layihənin xərclər smetası (formaya uyğun olaraq);
  • Layihənin icra planı (formaya uyğun olaraq);
  1. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin, həmçinin layihə çərçivəsində cəlb ediləcək əməkdaşların tərcümeyi-halı (CV).
  2. Müsabiqəyə təqdim ediləcək layihə təklifi üzrə fəaliyyət 3 aydan 9 ayadək müddəti əhatə etməlidir.
  3. Müsabiqəyə təqdim ediləcək layihə təklifinin büdcəsi maksimum 550 000 (beş yüz əlli min) manatadək təşkil etməlidir.
  4. Hər bir iştirakçı müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər.

*
Müsabiqəyə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün meyarlar:

  1. Layihənin əsaslandırılması, məqsəd və vəzifələrinin müsabiqə istiqamətlərinə uyğunluğu;
  1. Planlaşdırılmış fəaliyyətlərin reallığı, layihənin məqsəd və vəzifələrinə, gözlənilən nəticələrinə uyğunluğu;
  2. Layihənin faydalılığı;
  3. Layihənin maliyyə səmərəliliyi;
  4. Layihənin monitorinqi və qiymətləndirilməsi, risklərinin idarə olunması metodologiyasının səmərəliliyi;
  5. Layihənin davamlılığı.

Müsabiqə fondunun büdcəsinə sığan və qeyd olunan meyarlar üzrə qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış layihələrə qrantların verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 05 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı üzərindən qəbul edilir.

Layihələrin qəbulu üçün son tarix: 18 oktyabr 2021-ci il, saat 21:00
Ünvan: Bakı şəhəri, Xətai 49
Telefon: 012 599 11 55 daxili: (5231)
Elektron poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay