Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər Ağcabədi, Ağdaş, Qəbələ, Xaçmaz rayonunun 2,4,5,6,9 saylı orta məktəblərdə, Qusar rayonunun 5 saylı məktəbində eləcə də Bakı şəhəri 3, 13, 167, 42, 189-190, Humanitar fənlər təmayüllü məktəb-liseyin, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində olublar.
Dosentlər Hənifə Cəfərli, İlqar Rəcəbov və dekan müavini Elbrus Əkbərov Ağcabədi rayonunun orta məktəblərində, Türk Dünyası İqtisad Məktəbinin müəllimi Turan Əhmədov, Fəxri Məmmədov və İsmayıl İsmayılov isə Qəbələ, Ağdaş, Göyçay rayonlarında, məktəblərində abituriyentlərlə görüşüblər.
Universitetin dosenti Təranə Əliyeva, baş müəllimlər Tahirə Kərimova, Azər Məmmədov Qusar rayonunda səfərdə olarkən, rayonun 5 saylı məktəbində, Xaçmaz rayonunun 2.4.5.6.9 saylı məktəblərində şagirdlərlə görüş keçiriblər
Bakı şəhərindəki 167,42 nömrəli orta məktəblərdə Biznes və menecment kafedrasının müdiri, dosent Məhəmməd Əliyev və kafedranın dosenti Niyazi Həsənov, 13, 189-190 saylı məktəblərdə dosentlər Hicran Muradova və Pikəxanım Xudiyeva, 3 saylı məktəbdə Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimləri dosent Pərviz Səmədov və müəllim Aslan Əzimzadə, Humanitar fənlər təmayüllü məktəb-liseydə dosentlər Bulud Sadıqov və İbrahim Quliyev, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində isə professor Kamil Şahbazov və dosent Vüqar Nəsibov şagirdlərlə görüş keçiriblər.
Görüşdə UNEC və onun fəaliyyəti barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.