A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Bakı şəhəri Nəsimi rayonu 1 nömrəli tam orta məktəbin və 16 nömrəli Texniki-Humanitar Liseyin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay