A

UNEC-in Ümümi Fənlərin Tədrisinin Təşkili Departamentinin “Humanitar fənlər” kafedrasında Heydər Əliyev İlinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan kafedra müdiri professor Vəkil Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin Heydər Əliyev İli elan olunmasının əhəmiyyətindən və bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Afaq Məmmədova “Heydər Əliyev-100: Azərbaycan Respublikasının milli təhsil konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının təhsil strategiyasının formalaşmasındakı xidmətlərindən, eləcə də müstəqillik illərində təhsil quruculuğu ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay