A

UNEC-in Rus İqtisad Məktəbində “Korrupsiya - qloballaşan dünyanın qlobal problemi” mövzusunda seminar keçirilib.

Seminar zamanı direktor müavini Anar Eyyubov tələbələrə müxtəlif müqayisəli statistik cədvəllər təqdim edərək korrupsiyanın qlobal miqyasını əyani şəkildə izah edib.

Qeyd olunub ki, korrupsiya yalnız iqtisadi cəhətdən zəif dövlətlərə xas problem deyil, eyni zamanda dünyanın aparıcı güc mərkəzlərində də geniş yayılıb. Bununla yanaşı, korrupsiya ilə mübarizədə lider hesab olunan ölkələr belə bu sahədə davamlı islahatlar həyata keçirməyə məcbur qalırlar.

Seminarda vurğulanıb ki, keçmiş postsovet məkanında korrupsiya problemi daha dərin xarakter daşıyır və artıq sosial-mədəni, hətta müəyyən mənada mental düşüncə probleminə çevrilib.

Eyni zamanda bildirilib ki, korrupsiyaya qarşı mübarizədə yalnız hüquqi və texnoloji yeniliklərin tətbiqi kifayət etmir. Bu istiqamətdə sistemli və davamlı ictimai maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət kəsb edir.

TOP XƏBƏRLƏR