A

Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal İqtisadiyyat fakültəsində tələbələrin maarifləndirilməsi məqsədilə “Bir addım səhv, bir ömür boyu peşmançılıq” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Elman Cəfərov narkomaniya ilə mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən mühüm məsuliyyət olduğunu bildirib. O qeyd edib ki, bu kimi tədbirlər gənclərin düzgün istiqamətləndirilməsində və sağlam həyat tərzinə marağın artırılmasında əhəmiyyətli rol oynayır.

Daha sonra Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva çıxış edərək narkotik asılılığının psixoloji aspektləri, yaranma səbəbləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verib. Bildirilib ki, gənclərin psixoloji dayanıqlığının gücləndirilməsi, sağlam sosial mühitin formalaşdırılması və maarifləndirmə tədbirlərinin artırılması bu sahədə mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR