A

UNEC-in Biznes və menecment fakültəsində “Gənclər arasında psixoloji sağlamlığın qorunması: stresin idarə edilməsi, risklərin təhlili və qabaqlayıcı tədbirlər” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə fakültənin dekan müavini, dosent Elbrus Əkbərov açaraq, gənclərlə bu istiqamətdə maarifləndirici görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib. O, psixoloji sağlamlığın qorunmasının tələbələrin həm akademik, həm də şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək, tələbələr arasında stresin idarə olunması, yarana biləcək risklər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR