A

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” Tədbirlər Planı çərçivəsində tələbələr üçün "Ustad dərslər” keçirilib.

Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən "Ustad dərslər"də “ACCFIN GROUP” MMC-nin təsisçisi və direktoru Elşad Ağahəsənov, şirkətin həmtəsisçisi və maliyyə direktoru Famil Rəhmətovla tələbələrin görüşü təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan KİM-in direktoru Adilə Abdullayeva bildirib ki, “Ustad dərslər” tələbələri uğurlu sahibkarlarla görüşdürmək, onları real iş dünyası haqqında faydalı məlumatlarla təmin etmək və məşğulluq imkanlarının genişləndirilməsinə dəstək vermək məqsədilə təşkil olunub.

Sonra “ACCFIN GROUP” MMC-nin təsisçisi və direktoru Elşad Ağahəsənov, şirkətin həmtəsisçisi və maliyyə direktoru Famil Rəhmətov “Mühasibatlıqda peşəkarlığa gedən yol” mövzusunda çıxış ediblər. Şirkətin nümayəndələri maliyyə və mühasibatlıq sahəsi ilə bağlı praktiki bilik və təcrübələrini tələbələrlə bölüşüblər. Eyni zamanda fərdi inkişafın pillələri və əsas faktorları, müasir biznes və ekosistemlərdə maliyyənin rolu, gələcək karyera qurmağın mərhələləri və istifadəsi vacib olan alətlər haqqında geniş izah veriblər.

Açıq müzakirə formatında keçən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və aktivliyi ilə seçilən tələbələrə şirkət tərəfindən hazırlanmış korporativ hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR