A

Yay oxularının bu sayında UNEC ailəsinin üzvləri yüksək intellektə sahib siyasətçi-alim, ixtiraçı, dövlət xadimi, diplomat və filosof Benjamin Franklinin qələmə aldığı eksklüziv klassika seriyasından “Tərcümeyi-hal.Vaxt puldur” və Amerikalı fizioloq və coğrafiyaşünas Cared Daymondun beynəlxalq bestseller olan “Silahlar, mikroblar və polad: insan icmalarının tarixi” kitablarını müzakirə edib.  

Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva beynəlxalq aləmdə böyük maraqla mütaliə edilən hər iki kitabın qısa məzmunu və əhəmiyyəti barədə məlumat verib. Kitablarda qeyd edilən maraqlı faktlara, eləcə də elmi tədqiqatların nəticələrinə, elmi ixtiralara, zamanın düzgün dəyərləndirilməsi və idarə edilməsi metodikasına, bəşər sivilizasiyasının inkişafının gizli mexanizmlərinə diqqəti çəkərək, bir neçə mühüm məqamları iştirakçılara çatdırıb. 

Sonda kitab müzakirəsinin bu dəfəki iştirakçıları- BİM, Rus İqtisad Məktəbi, Biznes və Menecment fakültəsinin müəllimləri, Maliyyə və təmimat departamenti və KİM-in əməkdaşları  Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan ABŞ İstiqlal BəyannaməsiABŞ Konstitusiyası və Versal sülh müqaviləsinin hazırlanmasında B.Franklinin xidmətləri, elmi ixtiraları, eləcə də C.Daymondun coğrafiya, botanika, zoologiya, mikrobiologiya, dilçilik və digər elmlərin məlumatlarına əsaslanaraq dünyanın müxtəlif hissələrinin inkişafındakı asimmetriya ilə bağlı maraqlı mülahizələri barədə fikir mübadiləsi aparıblar. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay