A

UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri dos.Sevinc Abbasova və ixtisas rəhbərlərindən ibarət nümayəndə qrupu Sankt Peterburq şəhərində keçirilən “Qlobal transformasiya kontekstində Böyük Avrasiyanın iqtisadi məkanının davamlılığı, uyğunlaşması və özünüidentifikasiyası” mövzusunda XI Beynəlxalq Forumda iştirak edib.

Forumda Avrasiya iqtisadi inteqrasiyasında iştirak edən ölkələrin müxtəlif qurumlarının nümayəndələri, alimlər, ictimai xadimlər, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru, MDB olkələrinin Parlament PA-da İqtisadiyyat üzrə Ekspert Şurasının sədri İ.A. Maksimtsev, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi D.A. Kobitski və digərləri çıxış ediblər.

Sankt-Peterburq Dövlət İqtisad Universitetində təşkil olunan “Böyük Avrasiya iqtisadiyyatının turizm sektoru üçün kadr hazırlığının inkişafı üçün yeni vektorlar” mövzusundakı tədbirdə Avrasiyada turizmin inkişaf tendensiyaları, turizm və qonaqpərvərlik sahəsində təhsil, turizm xidmətləri bazarında təhsil müəssisələrinin məzunlarına tələbat kimi aktual məsələlərə həsr olunmuş tematik sessiyalara “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri dosent S.Abbasova, dosentlər M.Əliyeva, L.Həmidova, Ş.Hüseynova, M.Səmədova, RİM-in direktor müavini dos. L.Hacıyeva, dos.S.Bayramova və müəllim E.Əhmədova da qoşulub. Dos. Leyla Hacıyeva  “Azərbaycanda turizmin inkişafı perspektivləri”, dos. S.Bayramova “Art- turizminin sosial-iqtisadi inkişaf amili kimi rolunun artırılması”, Emiliya Əhmədova isə “Turizm sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının müasir istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

UNEC ilə SbDİU arasında imzalanmış müqavilənin “Turizm və qonaqpərvərlik industriyası” adlı layihəsi çərçivəsində turizm sektorunda zəruri olan bacarıq və səriştələrin mənimsənilməsi sahəsində sahibkarlıq subyektlərinin nümayəndələri, ekspertlər, tədqiqatçılar və alimlərdən ibarət beynəlxalq işçi qrup yaradılıb və həmin sahədə birgə əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Səfər çərçivəsində tədbirdə iştirak edən ölkələrin tədqiqatçıları və alimləri ilə elmi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay