A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları AVESİS sisteminin “Jurnalın verilən bazası” funksiyası vasitəsilə jurnalın adına və Beynəlxalq Standart Seriya Nömrəsinə (ISSN), jurnal indekslənmə bazasına, nəşriyyatına, elmi istiqamətinə (AVESİS və ya Scopus), rübünə (Scopus və ya Scimago), kateqoriya kvartilinə (Q1, Q2, Q3, Q4) və Scopus CiteScore/SJR aralığına görə axtarış vermək imkanı əldə edib.

Onlar Jurnalın verilənlər bazası | Azerbaijan State University of Economics (UNEC) Akademik Məlumat İdarəetmə Sistemi linkinə daxil olaraq qeyd olunan seçənəklər vasitəsilə məlumat əldə edə bilərlər. 

Bununla yanaşı, qeyd etməliyik ki, UNEC əməkdaşları “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında” qaydalarına əsasən CiteScore kateqoriya kvartili Q1, Q2 olan jurnallarda nəşr olunan xarici həmmüəllifli elmi əsərlərinə görə müvafiq faiz göstəricilərinə əsasən mükafatlandırılırlar.

TOP XƏBƏRLƏR