A

UNEC-də Maliyyə və mühasibat fakültəsinin və Distant, qiyabi və əlavə təhsil mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir " mövzusunda tədbir təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev açmış və Azərbaycanda insan hüquqlarının təmini istiqamətində dövlət tərəfindən görülən işlərdən bəhs etmişdir. 22 fevral 1998-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmişdir. Fərman insan hüquqları məsələsini ümumidövlət səviyyəsinə qaldırılmış, 1998-ci il 18 iyun tarixli sərəncamla insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmiş və 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

UNEC-in Hüquq şöbəsinin məsləhətçisi Mayis Sadıqov çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından  sonra qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı və məhz Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini  hazırlayan komissiya yaradıldı və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edildi.

Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoyduğunu bildirmişdir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə etməklə ümumilikdə 48 maddədən ibarətdir.

Dövlət başçısının "Azərbaycan Respublikasında  insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda ölkənin müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi  müəyyən edilmişdir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə ölkə başçısının 27 dekabr 2011-ci il tarixində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmiş, bütün bunlara əlavə olaraq da 2007-ci il 17 iyun tarixli Fərmanı ilə  hər il 18 iyun tarixinin Azərbaycanda Milli İnsan Hüquqları günü kimi keçirildiyini bildirmişdir. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay