A

Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, UNEC rektoru, professor Ədalət Muradov elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə 2019-cu ilin 27 fevral-27 mart tarixlərində UNEC-də “Elm aylığı”nın keçirilməsi barədə 22.02.2019-cu il tarixində 43/1/2019 saylı əmr imzalanmışdır.

Əmrin Tədbirlər Planına əsasən İqtisadiyyat fakültəsi, Rus İqtisad Məktəbi və Magistratura Mərkəzi “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada İqtisadiyyat fakültəsinin dekanı dos. A.A.Quliyev, Rus İqtisad Məktəbinin direktoru M.Bərxudarov, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru i.e.d., prof. Y.H.Həsənli, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri i.e.d., prof İ.Kərimov və “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti R.Ş.Həsənov çıxış ediblər. 

Dəyirmi masada qeyd edildi ki, bütünlükdə müzakirə edilən elmi fəaliyyətin institusional əsasları mövusunu sadə və başa düşülən məntiqlə şərh etmək üçün mövzunu iki hissəyə ayırıb əlaqəli izah etmək daha məqsədəuyğun olardı. Məruzəçilərin fikrincə elmi fəaliyyətin institusional əsasları mövusunun ana xəttini institusional əsaslar təşkil etdiyindən həmin əsaslar haqqında fikir mübadiləsi aparmaq yerinə düşərdi. Bu sektorlar institusional əsasların tipləri üzrə 4 qrupa: korporasiyalar; qeyri kommersiya təşkilatları (QKT); dövlət idarəetmə orqanları və ev təsərrüfatlarına bölünür. Məruzəçinin fikrincə qeyd edilən 4 qrup institusional əsaslar, sektorlar yerbəyer olmasalar, ölkədə aparılan tədqiqatlar həmin əsaslarla (sektorlarla) qarşılıqlı əlaqələnmə və şərtlənmə halında olmasa elmi fəaliyyət müasir dövrün tələblərinə uyğun təşkil oluna bilməz.  

Sonda iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verildi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay