A

UNEC-in müəllim və tələbələrinin həmmüəllifi olduqları məqalə “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri” mövzusunda 18-19 iyun 2020-ci ildə keçiriləcək 55-ci Beynəlxalq Elmi Konfransa qəbul edilmişdir.

UNEC Biznes Məktəbinin və “SABAH” Mərkəzinin müəllimi Təhmasib Hüseynov və “SABAH” Mərkəzinin “Mühasibat uçotu” ixtisasının 3-cü kurs tələbələri Ülkər Məmmədova, Elşad Əliyev, Fəxri Nağıyev, Fəridə Səfiyevanın həmmüəllifi olduqları “Elektron auditə keçidin mühasibat davranışlarına təsiri” adlı məqalədə 4-cü Sənaye İnqilabının astanasında olan dünyamızda texnologiyanın sürətli inkişafı nəticəsində mühasibat uçotu və yoxlama prosesinin də eletronlaşdırılmasını  şərtləndirilən amillərdən bəhs edilir. Məqalənin təhlili zamanı elektron şəkildə müəssisə rəhbərləri, mühasiblər, müəllimlər və tələbələr arasında sosial sorğu təşkil edilib və nəticələr ümumiləşdirilərək təkliflər hazırlanıb. Bu sahədə ədəbiyyatlar araşdırılaraq, onlara istinad edilib.

Məqalənin tərəfdaşları UNEC, ESD (Economic Social Development-Sosial İqtisadi İnkişaf) təşkilatı, North Universiteti, Varşava Universiteti, Məhəmməd V Universitetidir. Konfransın materialları beynəlxalq indeksləşdirilmiş elmi baza olan “Web of Science”a daxildir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay