Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə KVET Əlavə Təhsil Mərkəzi arasında qurulan əməkdaşlıq çərçivəsində Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə seminar keçirilib.
Seminar zamanı KVET Əlavə Təhsil Mərkəzinin direktoru Emil Ağayev çıxış edərək rəhbərlik etdiyi təhsil mərkəzinin fəaliyyəti, həyata keçirilən təlim proqramları, kadr hazırlığı istiqamətində görülən işlər, eləcə də əlavə təhsilin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çıxışında Emil Ağayev əlavə təhsil proqramlarının gənclərin bilik və bacarıqlarının artırılmasında, əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda KVET Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan təlimlərin məzmunu və əldə olunan nəticələr haqqında danışıb.
Sonda tələbələri maraqlandıran sualları cavablandırıb.