Son 6 ay ərzində UNEC Kitabxana İnformasiya Mərkəzinə ümumilikdə 856 nüsxə müxtəlif növ nəşr daxil olub.
Daxil olan nəşrlər arasında 767 nüsxə kitab, 7 nüsxə dissertasiya, 60 nüsxə avtoreferat və 22 nüsxə jurnal yer alır. Kitablar Azərbaycan, türk, rus və ingilis dillərində nəşr edilib.
Yeni daxil olan kitablar halal iqtisadiyyat, ictimaiyyətlə əlaqələrin əsasları, maliyyə nəzarətinin formalaşması və inkişafı, beynəlxalq mühasibat uçotu, ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları, vergi və sığorta ödənişlərinin uçotu və maliyyə hesabatlarının beynəlxalq standartları kimi sahələri əhatə edir. Eyni zamanda nəşrlərdə statistika, ekonometrika və iqtisadi təhlil, maliyyə, biznes və idarəetmə marketinqi, turizm və iqtisadi transformasiyalar, enerji siyasəti və iqtisadi tarix, dayanıqlı inkişaf, iqlim və standartlar mövzularına da geniş yer verilib.
Bununla yanaşı, nəşrlər əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, hüquq və hüquqi tədqiqatlar, təhsil və pedaqogika, inklüziv ali təhsil, informasiya texnologiyaları və süni intellekt, Microsoft Office proqramları (xüsusilə Excel), Azərbaycan Respublikasının kəhrizləri, Azərbaycan tarixi, Qarabağ və dövlətçilik, incəsənət, mədəniyyət və ədəbiyyat mövzularını da əhatə edir.
Qeyd edək ki, yeni nəşrlər tələbələr, elmi tədqiqatçılar, eləcə də iqtisadiyyat, maliyyə, vergi, sığorta, hüquq və beynəlxalq standartlarla maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabları UNEC-in kitabxanalarından əldə etmək mümkündür