04-05 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsi üzrə tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı (ICRESS-2025) uğurla keçirilib.
Konfransın yüksək səviyyədə təşkili və keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə görə UNEC-in bir sıra əməkdaş və tələbələri universitet rektorunun əmrinə əsasən pul mükafatı, Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunublar.
Təltifetmə mərasimində mükafatlar UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov tərəfindən təqdim edilib.