A

UNEC-də kitabxana resurslarından səmərəli istifadəni təşviq etmək məqsədilə təhsil, tədris və elmi fəaliyyət prosesində kitabxana resurslarından daha fəal yararlanan müəllim və tələbələr mükafatlandırılıb.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə elektron bazalar, elmi jurnallar, kitab fondu və rəqəmsal resurslardan müntəzəm və intensiv istifadə edən, elmi araşdırma və tədris prosesində kitabxananın imkanlarından səmərəli faydalanan istifadəçilər müəyyən olunaraq təltif ediliblər.

Fərqlənən müəllim və tələbələrə Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

FƏAL OXUCULAR

TOP XƏBƏRLƏR