A

UNEC-də “Elm günləri” çərçivəsində Mühəndislik fakültəsinin və Magistratura mərkəzinin birgə təşkilatçılığı ilə “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri: elmi diskussiya” adlı tədbir keçirilib.

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov tədbirin son illər ölkəmizdə qeyd olunan 27 mart Elm Günü çərçivəsində təşkil olunduğunu, professor-müəllim heyətinin elmi mübadiləsinə istiqamətləndiyini diqqətə çatdırıb. Respublikanın elmi-texniki tərəqqisində mühəndislik ixtisaslarının xüsusi əhəmiyyətini vurğulayan E.Səmədov, fundamental elmlərin mühəndislik və tətbiqi elmlər üçün elmi baza rolunu oynadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Aytən Niyazovaq “İndol əsasında sintezlər və antimikrob aktivlik” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi heterosiklik qatılaşdırılmış aromatik birləşmə olan indolu xarakterizə edərək, onun kimyəvi xassələri, fiziki-kimyəvi göstəriciləri, quruluşu barədə məlumat verib.

Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Rəhim Ələkbərov isə “Xalkogenid şüşəvari As-Se-S və As-Se-Te sistemlərində neytron difraksiya səpilməsinin xüsusiyyətləri” barədə təqdimatla çıxış edib.

Təqdimatlardan sonra dosent Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, professor Rövnəq Rzayev, kafedranın dosenti Mehriban Məhərrəmova və digər iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay