A

UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 8-ci sayını təqdim edir.

Layihənin səkkizinci sayında Yaponiya Milli Kitabxanasında (National Diet Library) Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə aid 27 kitab və 1 məqalədən ibarət olmaqla, ümumilikdə 28 biblioqrafik yazının mövcudluğu aşkar edilib.

Dahi şairin bu əsərləri Bakı ilə yanaşı Moskva, London, Nyu-York, Tehran, Tokio, Düşənbə şəhərlərində Azərbaycan dilində 4, rus dilində 10, ingilis dilində 6, yapon dilində 5, fars dilində 3, tacik dilində 1 əsəri nəşr edilib.  Araşdırma zamanı məlum oldu ki,  Yaponiya Milli Kitabxanasında (National Diet Library) ədibin irsinə dair mühafizə olunan ən qədim nümunə 1836-cı ildə Londonda ingilis dilində çap olunmuş “Leyli və Məcnun” poemasıdır.

Kitabxanada Nizami irsinə dair ən son nəşr şairin 2004-cü ildə Azərbaycan dilində Bakıda nəşr edilmiş “Xəmsə”sidir.    

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay