A

UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 10-cu sayını təqdim edir.

Layihənin bu sayında, Litva Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada dahi şairin irsinə dair 1 audio, 1 əlyazma, 1 not yazısı, 12 çap materialı olmaqla ümumilikdə 15 biblioqrafik yazının mövcudluğu aşkar olunub.

Kitabxanada dahi şairin yaradıcılığına məxsus olan kitablar Bakı, Moskva, Kiyev, Leninqrad, Vilnüs, Kaunas, Klaypeda şəhərlərində, azərbaycan, rus, ukrayna, litva və ingilis dillərində nəşr olunub.

Araşdırma zamanı məlum oldu ki, Litva Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim nəşr 1935-ci ildə Leninqrad şəhərində rus dilində olan “Xosrov və Şirin” poemasıdır. Kitabxanada Nizami Gəncəvi irsinə aid son nəşr isə 2013-cü ildə Bakıda “Qanun” nəşriyyatında Azərbaycan dilində (Tərcümə edən: Natiq Yusifov) çap olunan “Leyli və Məcnun” poemasıdır. 

TOP XƏBƏRLƏR