A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və  “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə “Füzuli poeziyası ecazkar musiqidir” mövzusunda elmi seminar keçirilib.

ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva seminarın Ü.Hacıbəylı adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb. Ü.Hacıbəylınin məhz Füzuli yaradıcılığına müraciət edərək muğamlar əsasında Şərqin ilk operasını yazdığını vurğulayıb.

Azərbaycan dili kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənov Füzuli tədqiqatçılarının fəaliyyətindən söhbət açaraq, şairin “Söz” qəzəli xüsusi vurğulayıb, qəzəlin kafedranın tədris etdiyi akademik kommunikasiyanın birbaşa predmeti olduğunu diqqətə çatdırıb. Füzuli dilinin dövrünün ana dili səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.

“Füzuli poeziyası ecazkar musiqidir” mövzusu ilə çıxış edən dos.Günal Səfərli Füzuliyə qədərki, şairin öz dövrü və ondan sonrakı dövrü əlaqələndirərək Füzulinin “Həft cam”, “Rindü Zahid” və s. əsərlərində musiqini haram buyuranlara tənqidi münasibət bəslənildiyi, “Leyli və Məcnun” əsərindəki hadisələrin müxtəlif muğamlara uyğun gəlməsi haqqında müfəssəl məlumatlar verib. 

Seminarda dosentlər Aynur Qədimalıyeva, Aybəniz Hüseynova, Aydın Rzai, Gülbəniz İsmayılzadə və digərləri mövzu ilə bağlı maraqlı çıxışlar ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay