A

UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki konfransın bölmə iclasları keçirilib.

“Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı” mövzusunda bölmə iclasında Biznes və menecment fakültəsi, UNEC Biznes məktəbi və Rus İqtisad Məktəbinin professor-müəllim heyəti iştirak edib.

Fakültə dekanı dos.Mirağa Əhmədovun moderatorluğu ilə keçən bölmə iclasında professor A.Abbasov “Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri”, kafedra müdiri dosent Məhəmməd Əliyev “Azərbaycanda iqtisadi potensialdan səmərəli istifadə və institusional islahatlar”, dosent Natiq Həsənov “Azərbaycanda Heydər Əliyevin iqtisadi siyasəti və sahibkarlığın inkişafı”, dosent İsmayıl Xeyirxəbərov “Azərbaycanın aqrar sektorunda sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi” və İqtisadiyyat (rus dilində) kafedrasının baş müəllimi D.Cəfərova isə “Azərbaycanın sosial-iqtisadi inkişafında Heydər Əliyevin rolu” mövzularında çıxışlar ediblər.

İqtisadiyyat fakültəsinin dekanı dos.Elçin Eyvazovun moderatorluğu ilə “Azərbaycanın milli inkişaf modeli” mövzusunda keçirilən bölmə iclasında BMDM, RİM, TUDİFAK-ın nümayəndələri iştirak ediblər. İclasda İqtisadi nəzəriyyə kafedrasının müdiri prof. Əlican Babayev “Azərbaycanın milli iqtisadi inkişaf modelinin nəzəri əsasları”, RİM-in direktoru dos. Mənsur Bərxudarov “Azərbaycanın iqtisadi inkişaf modeli qlobal çağırışlar kontekstində”, prof. Rasim Həsənov “Azərbaycanın iqtisadi inkişaf modelinin xüsusiyyətləri” və TUDİFAK-ın müəllimi İmamqulu Muradzadə “Azərbaycanın milli iqtisadi sisteminin formalaşması mərhələləri” mövzuslarında geniş məruzə ediblər.

Mayın 4-də start verilən respublika elmi-praktiki konfrans öz işini uğurla tamamlayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay