A

UNEC-də İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Alternativ maliyyə institutları: yeni çağırışlar və perspektivlər” mövzusunda panel müzakirə keçirilib.

Müzakirələrdə SER-İqtisadi Resursların Öyrənilməsi İB-nin sədri Ph.D Ruslan Atakişiyev, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçıları Ph.D Əfqan Musayev və Türkay Cəbiyeva mövzu ətrafında təqdimatla çıxış ediblər. Çıxış edənlər son illər müsəlman ölkələrində fəaliyyət göstərən maliyyə institutları ənənəvi maliyyə sistemlərində getdikcə daha böyük rol oynadığını bildiriblər. İslam Maliyyə Sisteminin nəzəri olaraq, İslam şəriətinin prinsipləri üzərində qurulduğunu bildirən məruzəçilər, bu sistem çərçivəsində fəaliyyət göstərən hər bir institutun şəriətə müvafiq olduğunu bildiriblər. İslam maliyyə təşkilatlarının ənənəvi bankçılıqdan fərqlərini, İslam bankçılığının dünyadakı inkişaf meyillərini və artan dinamikasından söz açan məruzəçilər İslam Maliyyə Sisteminin Azərbaycanda tədbiqini və inkişafını perspektivli maliyyə sahəsi kimi qiymətləndirdiklərini bildiriblər.

Müzakirələrin sonunda məruzəçilər tərəfindən İslam maliyyəsində bank kreditləşməsi və onun şərtləri, əmanətlərin yerləşdirilməsi, gəlirin əldə olunması və bölünməsi, bu sahədəki sığorta sistemi, sosial məsuliyyət, dünyada İslam maliyyəsinin inkişafı meyilləri və s. suallar cavablandırılıb.

Təqdimat zamanı sual-cavabda aktiv olan iştirakçılara Ruslan Atakişiyev tərəfindən “İslam maliyyə sistemi və alətləri” adlı kitab hədiyyə edilib.

Panel müzakirə UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

TOP XƏBƏRLƏR