A

UNEC alimlərinin elmi araşdırması Peşə Stresinin Mürəkkəblikləri və Strategiyaları üzrə Tədqiqat Kitabçası (Handbook of Research on the Complexities and Strategies of Occupational Stress) adlı elmi araşdırmalar məcmuəsində dərc olunub.

Dünyanın nüfuzlu “IGI Global” nəşriyyat evində çap olunan elmi məcmuədə UNEC-in alimləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Kanada, Malaziya, Hindistan, İspaniya, Slovakiya, Pakistan Çin və İndoneziya universitetlərinin tədqiqatçılarının məqalələri də yer alıb.

Məqalənin müəllifləri UNEC-in SABAH mərkəzinin rəhbəri, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının dosentləri Aida Quliyeva və Ülviyyə Rzayevadır.

UNEC-in alimləri tərəfindən elmi məcmuədə “İnnovativ Texnologiyaların Tətbiqindən İrəli Gələn Peşəkar Stress: Azərbaycan üzrə nümunə” (Professional Stress From the Implementation of Innovative Technologies: Case of Azerbaijan) adlı fəsil təqdim olunub.

Tədqiqatın məqsədi müəssisə işçiləri tərəfindən innovasiyaların qəbulu nəticəsində yaranan streslərin mexanizmlərinin, informasiya stresi amillərinin araşdırılmasından və məlumat bolluğundan yaranan psixoloji stres nəzəriyyəsinə müasir baxış ilə bağlı suallara cavabların axtarılmasından ibarətdir.

Fəsildə təşkilati transformasiya şəraitində işçilərin peşəkar streslərinin kəskinləşməsinin əsas səbəbləri araşdırılır və əldə edilmiş müəyyən nəticələr təqdim edilir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay