A

UNEC-in 90 illik yubiley tədbirlər planı çərçivəsində Biznes və menecment fakültəsində görkəmli alim-pedaqoq, professor İsmayıl Feyzullabəylinin həyat və yaradıcılığına həsr olunan “Azərbaycanın beynəlxalq ticarət əlaqələri və onun inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.

Konfransa professor-müəllim heyəti ilə yanaşı, mərhum professor İ.Feyzullabəylinin ailə üzvləri də qatılıblar. Konfransı Elm və innovasiyalar üzrə prorektor prof. Sakit Yaqubov açaraq görkəmli alimin həyat və elmi yaradıcılığından söz açaraq, onun elmə verdiyi töhfələrdən danışıb.

Fakültə dekanı dos.Mirağa Əhmədov İsmayıl Feyzullabəylinin ticarət elminin inkişafındakı rolundan bəhs edərək, alimin elmi əsərlərinin hələ də aktuallığını itirmədiyini bildirib.

Konfransda “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri prof.Arif Şəkərəliyev “Azərbaycanın beynəlxalq ticarət və logistik əlaqələrinin sosial iqtisadi nəticələri”, kafedranın dosenti Məhərrəm Əkbərov professor İsmayıl Feyzullabəyli və “Azərbaycanda ticarət elminin inkişafı” mövzularında çıxış ediblər. Kafedranın dosenti Pikəxanım Xudiyeva İsmayıl Feyzullabəylinin bir pedaqoq kimi müsbət keyfiyyətlərindən söz açaraq, belə bir alim yetirməsi olduğundan qürur duyduğunu ifadə edib. İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, Rus iqtisad məktəbinin direktoru, dosent Mənsur Bərxudarov, professor Aydın Səmədov, dosent Müzəffər Məmmədov və digər çıxış edənlər alimlər bağlı xatirələrini bölüşüblər.

Prof.İsmayıl Feyzullabəylinin qızı Nailə Məmmədova atasının universitetlə bağlı xatirələrindən danışıb. Atasının uzun illər çalışdığı universitetin 90 yubileyi çərçivəsində hörmətlə yad edilməsindən məmnunluğunu ifadə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay