A

economics.com.az

Bu gün Azərbaycanda zəngin tarixi ənənələrə malik elm-təhsil ocağı olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyidir. Universitet 90 illik şərəfli bir inkişaf yolu keçmiş, Azərbaycanda iqtisad elminin tədrisi sahəsində böyük uğurlara imza atmış, zəngin irs yaratmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti bu illər ərzində ölkəmizdə böyük iqtisadçılar nəsli yetişdirib və bu missiyanı bu gün də əzmlə davam etdirir.

Bu gün təhsildə ən müasir yenilikləri mənimsəyən və uğurla tədbiq edən UNEC brendi nəinki ölkəmizdə, həm də xaricdə yüksək səviyyədə tanınır, keyfiyyətli təhsil brendi kimi qəbul edilir. UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universiteti sırasına daxil olub və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçilib. UNEC iqtisadiyyat ixtisasları üzrə artıq dünyanın ən yaxşı universitetlərindən biridir.

UNEC Azərbaycanda ali iqtisad təhsili verən əsas təhsil mərkəzi olmaqla yanaşı həm də ciddi elmi tədqiqatlar aparan, ölkənin tanınmış iqtisadçı alimlərini özündə birləşdirən bir universitetdir. Yaxın gələcəkdə tədqiqat universitetinə çevrilməyi hədəfləyən UNEC-də uğurla fəaliyyət göstərən bir çox elmi tədqiqat mərkəzləri də yaradılıb. Bu gün Azərbaycanda iqtisadçı alimlərin böyük bir qisminin vaxtilə təhsil aldığı əsas məktəb Azərbaycan Dövlət İqtisad Universitetidir ki, iqtisad elmi buna görə də UNEC-ə minnətdardır!

Azərbaycanda iqtisad elminin inkişafı sahəsində AMEA İqtisadiyyat İnstitutu  UNEC-lə  sıx qarşılıqlı faydalı əməkdaşlıq edir. Ölkəmizin ən nüfuzlu universitetlərindən birinə çevrilmiş UNEC-in uğurları bizi də sevindirir və qürurlandırır. İnanırıq ki, şanlı keçmişə və zəngin təcrübəyə malik UNEC yeni-yeni uğurlara imza atacaq, elm və təhsil sahəsində yeni zirvələr fəth edəcəkdir. Bu yolda başda universitetin rektoru, professor Ədalət Muradov olmaqla UNEC-in bütün professor-müəllim heyətinə və hər bir əməkdaşına uğurlar arzulayırıq!

 Nazim Müzəffərli, professor
 AMEA İqtisadiyyat İnstitutunun direktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay