A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində Şimali Kipr Türk Respublikası Ali Təhsil, Planlaşdırma, Audit, Akkreditasiya və Koordinasiya (YÖDAK) şurasının sədr müavini Prof.Dr. Mehmet Hasgüler seminar keçirib.

Professor Mehmet Hasgüler fakültənin professor-müəllim heyəti və tələbələrə "Qloballaşma və ali təhsil" adlı seminarda Şimali Kipr Türk Respublikasının təhsil sistemi haqqında məlumat verib. O qloballaşan dünyada təhsil sektorundakı yeni trendlərdən və beynəlxalq tələbə mübadiləsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.

Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay