A

PAŞA Holdinqin direktor müavini, Ekosistem üzrə baş icraçı direktoru Fərid Məmmədov UNEC tələbələri ilə görüşüb.

Korn Ferry Azərbaycanın dəstəyi ilə UNEC-in Karyera Mərkəzində keçirilən tədbirdə Rus İqtisad Məktəbinin tələbələri iştirak ediblər.

Tələbələrlə görüşdə Fərid Məmmədov biznes sahəsindəki təcrübəsini onlarla bölüşüb. Həmçinin iş dünyasının gənc kadrlardan tələb etdiyi keyfiyyətləri, bilik və bacarıqları açıqlayıb. Uğurlu karyera üçün hər bir şəxsin daima öyrənməli olduğunu deyən F.Məmmədov, müxtəlif proqramlar və təlimlər çərçivəsində əldə etdiyi bilik və bacarıqların ona qazandırdğı üstünlüklərdən də bəhs edib.

UNEC-ə səfəri çərçivəsində Fərid Məmmədov UNEC rektoru professor Ədalət Muradovla da görüşüb. Görüşdə PAŞA Holdinqlə UNEC arasındakı əməkdaşlıq məsələləri, eləcə də birgə layihələrin hazırlanması, UNEC-in Bloomberq laboratoriyasının səmərəliyinin artırılması və digər istiqamətlərdə müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay